Qazaxıstan XİN rəhbəri Ermənistana rəsmi səfərə gedir

Qazaxıstan XİN rəhbəri Ermənistana rəsmi səfərə gedir
08.04.2026 16:49 Dünya

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev 8-9 aprel tarixlərində Ermənistana rəsmi səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev də daxildir.

Səfər çərçivəsində aprelin 9-da Ermənistan Xarici İşlər Nazirliyində xarici işlər nazirlərinin təkbətək görüşü keçiriləcək. Daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqların baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, Qazaxıstanın xarici işlər naziri hazırda Azərbaycanda səfərdədir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər