Qazaxıstan Macarıstana ilk neft partiyasını ixrac etdi

Qazaxıstan Macarıstana ilk neft partiyasını ixrac etdi
04.08.2025 15:46 Dünya

Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayGas” (KMG) ilk neft partiyasını Xorvatiya vasitəsilə Macarıstana ixrac edib.

TodayPress TV xəbər verir ki, bu barədə KMG məlumat yayıb.

“KazMunayQaz NC” (KMG) və ”MOL Group” (Macarıstan) arasında əməkdaşlığın strateji genişləndirilməsi çərçivəsində Macarıstanın neft emalı zavoduna 85 min ton həcmində ilk Qazaxıstan neftinin tədarükü həyata keçirilib. Novorossiysk limanından Xorvatiyanın Omisalj limanına dəniz nəqliyyatı təmin edilib”, - deyə bildirilib.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər