Qazaxıstan enerji aktivləri üçün ABŞ-dən icazə istəyir
Dünya
28.01.2026 15:20
Qazaxıstan Rusiyanın "Lukoil" şirkətinə məxsus enerji aktivlərinin dövlət mülkiyyətinə keçməsini təmin etmək üçün ABŞ hakimiyyətindən rəsmi icazə istəyib.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov məlumat verib.
Bildirilib ki, məsələ "Lukoil" şirkətinin Qazaxıstanın “Qaraçaqanak” və “Tengiz” neft yataqlarındakı, eləcə də Xəzər Boru Kəməri Konsorsiumundakı səhmləri ilə bağlıdır.
Nazirin sözlərinə görə, hökumət ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsinə məktub göndərib, çünki potensial razılaşma sanksiyalar rejimi çərçivəsində təsdiq tələb edir.
Qazaxıstan, həmçinin “Lukoil” şirkətinin payını almaq üçün üstünlük hüququna malik olduğunu bəyan edib.
Aysel Mətləb
tag: Qazaxıstan ,Rusiya,Lukoil,ABŞ,İcazə,Todaypress.tv,
