Qazaxıstan altı peyk istehsal etdiyini açıqladı

Dünya

10.04.2026 03:35

“Qazaxıstan altı peykin istehsalını həyata keçirir ki, bura ixrac müqavilələri üzrə tədarüklər də daxildir”. 

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin Aerokosmik Komitəsinin sədri Baubek Oralmaqambetov məlumat verib.  

O, həmçinin kosmik fəaliyyəti BMT çərçivəsindəki razılaşmalara riayət etməklə yürütməyə çağırıb. 

"Biz bu günə qədər telekommunikasiya peyklərini, Yerin məsafədən zondu edilməsi peyklərini özündə birləşdirən baza kosmik infrastrukturunu formalaşdırmışıq və paralel olaraq milli istehsal bazasını inkişaf etdiririk. Hazırda ixrac müqavilələri də daxil olmaqla, təxminən altı peykimiz istehsal mərhələsindədir", - deyə o, Rusiya Kosmik Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib. 

Oralmaqambetov əlavə edib ki, Astana kosmik məkanın gələcəyini qarşıdurmada deyil, səylərin birləşdirilməsində görür. Onun sözlərinə görə, belə bir yanaşmanın təməli beynəlxalq normalar və razılaşmalar, hər şeydən əvvəl BMT-nin prinsipləri və qüvvədə olan kosmik konvensiyalar olmalıdır. 

Aysel Mətləb

TodayPress TV

tag: Qazaxıstan,BMT,Peyk,TodayPress TV,