Putinlə Trampın görüşü havada qaldı - Moskva hələ hazırlığa başlamayıb
Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın noyabrda keçiriləcək APEC sammitində ehtimal olunan görüşünün hazırlanmasına hələ başlanılmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Hələ ki başlanılmayıb. Lakin biz dəvət almışıq, prezidentimiz mətbuatla əvvəlki ünsiyyətində bu barədə artıq danışıb, beləliklə, planlaşdırıldığı kimi iştirakımız baş tutacaq", - deyə Uşakov "Vesti"nin müxbiri Pavel Zarubinin belə bir görüşün hazırlığına artıq başlanılıb-başlanılmaması ilə bağlı sualını cavablandırarkən vurğulayıb.
Aysel Mətləb