Şahin Mustafayev: “Azərbaycan ərazisindən İrana qarşı…”
Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı iddiaları təkzib edib.
TodayPress TV IRIB-yə istinadla xəbər verir ki, Baş nazirin müavini bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşdə bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin 40 günlük müharibədə (ABŞ-İran münaqişəsi - red.) döyüşlərin başa çatdırılması və sülhün bərqərar edilməsi ilə bağlı mövqelərini iki ölkə arasındakı isti münasibətlərin göstəricisi hesab edirik", - Ş. Mustafayev qeyd edib.
Bildirilib ki, İran Azərbaycan üçün dost ölkədir.