Qanaxma, göyərmə… — Trampa nə olub?
Dünya
28.01.2026 11:10
Avropada müxtəlif siyasi və diplomatik səviyyələrdə ABŞ Prezidenti Donald Trampın səhhəti ilə bağlı narahatlıqların getdikcə daha tez-tez müzakirə edildiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Qəzetə danışan adının açıqlanmasını istəməyən avropalı rəsmi şəxs bildirib ki, ABŞ Prezidentinin sağlamlığı ilə bağlı narahatlıqlar bütün səviyyələrdə sürətlə daha çox müzakirə olunan mövzuya çevrilir.
Qeyd olunur ki, yanvarın 22-də Böyük Britaniyanın "Metro" qəzeti Davosda keçirilən çıxış zamanı Donald Trampın sol əlinin arxa hissəsində iri və yeni bir göyərmənin nəzərə çarpdığını yazıb. Bundan əvvəl, yanvarın 1-də "The Wall Street Journal" Trampın yaşlanmanın fiziki əlamətlərini və mümkün səhhət problemlərini gizlətməyə çalışdığını qeyd edib. Nəşrin yazdığına görə, ABŞ Prezidentinin müşavirləri onun yaşının xarici əlamətlərinin daha tez-tez üzə çıxdığını müşahidə edirlər. Belə ki, Respublikaçılar Partiyasının Miluokidə keçirilən qurultayı zamanı Donald Trampın dərisi o qədər həssas olub ki, ABŞ-nin baş prokuroru Pəm Bondinin üzüyü təsadüfən ona toxunduqdan sonra qanaxma baş verib.
Qiymət Mahir
tag: Avropa,ABŞ ,Donald Tramp,Davos,Todaypress.tv,
