“Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni son hücumlara görə sərt tənqid edib və Vaşinqtonun bunun əvəzini ödəyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Qalibafın sözlərinə görə, ABŞ hər gün yeni cinayətlərlə “əllərini qana bulayır”. O, Keşm adasında dinc sakinlərə qarşı həyata keçirilən hücumu Minab və Lamerd şəhərlərində baş verən hadisələrin davamı kimi qiymətləndirib.
“Amerikalılar döyüş meydanındakı məğlubiyyətlərinə günahsız insanların qanını tökməklə cavab verirlər. Onlar bunun əvəzini ödəyəcəklər”, - deyə İran parlamentinin sədri vurğulayıb.