Qalibafla SEPAH savaşa çıxdı: "Siz İranı məhv edirsiniz"
Dünya
20.04.2026 17:06
İran İslam Respublikası Parlamentinin (Məclis) sədri Məhəmməd Bağır Qalibaf müşavirlərlə görüşdə ABŞ ilə mümkün razılaşmaya qarşı çıxanları sərt tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə İran Beynəlxalq məlumat yayıb.
Qalibaf bildirib ki, bəzi sərt xətt tərəfdarları danışıqlara mane olmağa çalışır. O, Səid Cəlili və deputat Əmirhüseyn Sabeti kimi fiqurları bu mövqedə olanlar arasında göstərib.
Onun sözlərinə görə, həmin qrup dövlət televiziyasından istifadə edərək ictimai rəyi formalaşdırmağa və ABŞ ilə mümkün razılaşmaya qarşı müxalifəti gücləndirməyə çalışır.
Qalibaf həmçinin özünün parlament sədri postundan uzaqlaşdırılması və xarici işlər naziri Abbas Əraqçinin vəzifədən kənarlaşdırılması ilə bağlı narahatlığını da ifadə edib.
Türkan İsgəndərli
tag: İran,Qalibaf,ABŞ,Əraqçi,Todaypress.tv,
