Qalibafdan Trampa: Öz ölkənizə baxın!
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi fikirlərə cavab verib.
TodayPress TV xəbər verir ki, parlamentin sədri ABŞ-də milyonlarla insanın ərzaq yardımlarından (SNAP) istifadə etdiyi halda başqa bir ölkəni aclıqda ittiham etməyin doğru olmadığını bildirib.
O, bu cür açıqlamaların reallığı əks etdirmədiyini vurğulayıb.
Qeyd edək ki, Donald Tramp bir neçə gün əvvəl İranın öz vəsaitlərini əhalinin ərzaq təminatına yönəltməli olduğunu, hazırda isə bəzi kənd təsərrüfatı məhsullarını ABŞ-dən idxal etdiyini bildirmişdi.
Kübra Musayeva