Qaçqınların ailə üzvlərini Böyük Britaniyaya gətirilməsi dayandırıldı

Qaçqınların ailə üzvlərini Böyük Britaniyaya gətirilməsi dayandırıldı
02.09.2025 02:25 Dünya

Böyük Britaniyanın daxili işlər naziri Ivet Kuper bu gün parlamentdə çıxışı zamanı qaçqınların ailə birləşməsi qaydalarının müvəqqəti dayandırıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, nazir yeni sığınacaq alan şəxslərin həyat yoldaşı, tərəfdaşı və uşaqlarını ölkəyə gətirməsinə verilən vizaların sistem islahatları aparılana qədər dayandırıldığını açıqlayıb.

Bu müddət ərzində qaçqınlar yalnız Britaniya vətəndaşlarına tətbiq olunan standart ailə birləşməsi qaydalarına uyğun müraciət edə biləcəklər.

Yeni qaydalara əsasən, ərizəçilər ailə üzvlərini ölkəyə gətirmək üçün illik ən azı 29 min funt gəlir göstərməlidirlər.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər