Putinin müsahibəsindən 6 dəqiqəlik hissənin çıxarıldığı iddia olunur
«Mojem obyasnit» nəşri Rusiya Prezidenti Vladimir Putinin jurnalist Zarubinə verdiyi müsahibənin yayımlanan versiyasından 6 dəqiqəlik hissənin çıxarıldığını iddia edib.
TodayPress TV xəbər verir ki, nəşrin məlumatına görə, çıxarılan hissədə Putinin "Ankoric ruhu" ilə bağlı fikirləri, Belarus Prezidenti Aleksandr Lukaşenko haqqında şərhləri, həmçinin Vladimir Zelenskinin təhdidlərinin Lukaşenkoda panika yaratmadığına dair açıqlamaları yer alıb.
Rəsmi qurumlar sözügedən iddia ilə bağlı hələlik açıqlama verməyiblər(minval.az).