Putin: "Ukraynanın NATO-ya üzvlüyü Rusiyaya təhdiddir"

Putin: "Ukraynanın NATO-ya üzvlüyü Rusiyaya təhdiddir"
02.09.2025 14:20 Dünya

"Rusiya Ukraynanın NATO-ya mümkün üzvlüyünü öz təhlükəsizliyinə təhdid hesab edir, lakin bu, Avropa İttifaqına aid deyil".

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşündə bildirib.

“Ukraynanın Aİ-yə üzvlüyünə gəlincə, biz buna heç vaxt etiraz etməmişik. NATO-ya üzvlük isə başqa məsələdir. Burada söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir və bu, təkcə bu gün üçün deyil”, – deyə Rusiya lideri vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər