Putin MDB dövlət başçılarının Düşənbə sammitində iştirak edəcək

Putin MDB dövlət başçılarının Düşənbə sammitində iştirak edəcək
07.10.2025 20:30 Dünya

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammitində iştirak edəcək.

TodayPress TV Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"Cümə günü, oktyabrın 10-da prezidentimiz MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək", - Kremlin nümayəndəsi deyib.

O əlavə edib ki, görüşdə MDB çərçivəsində ticarət və investisiya tərəfdaşlığının inkişafı və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər