Polşada "F-16" qırıcı təyyarəsi qəzaya uğradı
Polşanın Radom şəhərində "F-16" qırıcı təyyarəsi hava şousuna hazırlıq zamanı qəzaya uğrayıb, pilot ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa hökumətinin nümayəndəsi Adam Szlapka məlumat verib.
Onun sözlərinə görə, "F-16" Radomda “AirShow” aviasiya sərgisinə hazırlıq zamanı qəzaya uğrayıb.
"Təəssüf ki, pilot öldü. Müdafiə naziri Vladislav Kosiniak-Kamış baş nazirlə danışıb və indi qəza yerinə gedir", - sözçü bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda qırıcının kəskin hündürlüyü itirərək yerə çırpılması əks olunub.