Polşa və Rumıniyadakı dron insidentləri ilə bağlı NATO Rusiyanı ittiham etdi
NATO ölkələrinin səfirlərinin görüşündən sonra Şura Rumıniya və Polşada baş verən son dron insidentləri ilə bağlı Rusiyanı məsuliyyət daşımaqda ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib:
"NATO müttəfiqləri bu səhər Şimali Atlantika Şurasında Polşa və Rumıniyada hava məkanının son pozuntularını, eləcə də son dron insidentlərini müzakirə etmək üçün görüşüblər. Hava məkanının pozulmasına görə tam məsuliyyəti Rusiya daşıyır. Bu hallar təhlükəli və qəbuledilməzdir və Rusiyanın risklərə qarşı dözümlülüyünün artdığını nümayiş etdirir".
Müttəfiqlər, həmçinin Baltik dənizindən Qara dənizə qədər şərq cinahındakı müdafiəni gücləndirəcəklərini və Ukraynaya dəstəyi davam etdirəcəklərini bildiriblər.
Aysel Mətləb