Polşa Ukraynaya istismardan çıxarılmış qırıcılar göndərəcək

Polşa Ukraynaya istismardan çıxarılmış qırıcılar göndərəcək
16.01.2026 13:47 Dünya

Polşa 2026-cı ildə istismardan çıxarılmış "MiQ-29" qırıcı təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski "TVP World"də məlumat verib.

Onun sözlərinə görə, müvafiq qərar artıq verilib. Qərara əsasən, Kiyev əvvəlcə doqquz təyyarə alacaq.

Zalevski əlavə edib ki, hazırda Ukrayna Müdafiə Nazirliyi ilə texniki danışıqlar aparılır, əsasən logistika, qırıcıların texniki vəziyyəti və onların təhvil verilməsi şərtləri ilə bağlı danışıqlar aparılır.

Xatırladaq ki, dekabrın 10-da Polşa Ordusunun Baş Qərargahı Ukrayna raket və pilotsuz təyyarə texnologiyası müqabilində istismardan çıxarılmış "MiQ-29" qırıcı təyyarələrini Kiyevə təhvil vermək niyyətində olduğunu açıqlayıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər