Polşa Ukraynadan korrupsiya qalmaqalı ilə bağlı izahat tələb etdi

Polşa Ukraynadan korrupsiya qalmaqalı ilə bağlı izahat tələb etdi
28.11.2025 16:00 Dünya

Polşa Ukraynada baş vermiş korrupsiya qalmaqalı ilə bağlı Kiyevdən aydınlıq gətirilməsini istəyir. 

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlama verib.

Onun sözlərinə görə, Ukraynada üzə çıxan korrupsiya halları “Qərbi Avropa üçün pis xəbərdir”.

"Bu, təhlükəsizlik sərhədi hazırda Rusiya-Ukrayna cəbhəsi boyunca uzanan Polşa və Qərbi Avropa üçün pis xəbərdir. Biz izahat gözləyirik. Bizim Ukraynaya dəstək strategiyamız dəyişməz olaraq qalır, çünki təhlükəsizlik məhdudiyyətlərimiz buradadır, lakin korrupsiya ilə mübarizə siyasətində şəffaflıq olmadan Avropa İttifaqına qoşulmaq mümkün deyil", - deyə müdafiə naziri bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər