Polşa hava məkanının pozulduğunu bəyan etdi

Polşa hava məkanının pozulduğunu bəyan etdi
17.01.2026 16:49 Dünya

Polşanın  hava məkanında Belarus ərazisindən daxil olan onlarla obyekt aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosu “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, Polşa Respublikasının Prezidenti Karol Navrotski Belarusdan Polşa hava məkanına daxil olan bir neçə onlarla obyektin aşkar edilməsi, hadisənin gedişi və nəticələri barədə Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Tsentskeviçdən real vaxt rejimində məlumat alıb.

Açıqlamada qeyd olunub ki, insidentlə bağlı vəziyyət operativ şəkildə nəzarətdə saxlanılır və təhlükəsizlik qurumları hadisənin bütün detallarını araşdırır.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər