Polşa ABŞ-dən ilk beşinci nəsil "F-35" qırıcılarını alır
Varşavanın sifariş etdiyi ilk Amerika "F-35" qırıcı təyyarələri iyun ayında Polşaya təhvil veriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Sezari Tomçik "Radio Zet"ə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Polşanın sifariş etdiyi 32 "F-35" qırıcı təyyarəsindən 10-nun istehsalı artıq başa çatıb.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Polşa hakimiyyəti ABŞ ilə 32 ədəd "F-35" beşinci nəsil qırıcı təyyarəsinin alınması barədə müqavilə imzalayıb. Müqavilənin dəyəri 4,6 milyard dollardır və tədarük 2029-cu ilə qədər planlaşdırılır.
Aysel Mətləb