"Politico": Avropa ölkələri öz nüvə silahını müzakirə edir

Dünya

15.02.2026 16:25

Bir sıra Avropa ölkələri ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə Vaşinqtonla münasibətlərin dəyişməsi fonunda ABŞ arsenalına əlavə olaraq öz nüvə silahının yaradılması ilə bağlı danışıqları açıq şəkildə dəstəkləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Məlumata görə, Baltik ölkələrinin yüksək vəzifəli rəsmiləri NATO-nu nüvə çəkindirməsinin əsas dayağı hesab etdiklərini bildirsələr də, Avropanın bu prosesdə rolunu müzakirə etməyə hazır olduqlarını vurğulayıblar. Qeyd edilir ki, öz nüvə silahı ilə bağlı debatlar Münhen Təhlükəsizlik Konfransında həm açıq, həm də qapalı görüşlərdə səsləndirilib.

Eyni zamanda, ABŞ dövlət katibi Marko Rubionun tədbirdəki çıxışı Avropanın Vaşinqtonla bağlı narahatlıqlarını tam aradan qaldırmayıb.

Estoniyanın müdafiə nazirinin müavini Tuuli Duneton bildirib ki, Tallin Avropada vahid nüvə çəkindirmə sistemi ilə bağlı danışıqlarda erkən mərhələdə iştirak imkanını istisna etmir. Latviyanın Baş naziri Evika Silinya da bu ideyanı dəstəkləyərək qeyd edib ki, nüvə çəkindirməsi yeni imkanlar yarada bilər.

"Politico" yazır ki, praktik baxımdan bu, Avropanın iki nüvə dövləti – Fransa və Böyük Britaniyaya müraciət etməsi deməkdir.

Məqalədə bildirilir ki, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron da Münxendəki çıxışlarında Avropanın nüvə çəkindirməsi mövzusuna toxunublar.

Bununla yanaşı, bütün ölkələr bu kursu dəstəkləmir. İspaniyanın Baş naziri Pedro Sançes nüvə silahlanmasının artırılmasını yanlış yol adlandırıb.

Qiymət Mahir

tag: Avropa ,ABŞ, Donald Tramp,Vaşinqton,TodayPress TV,