Pistorius: "Ukraynaya “kağız pələng” yox, real təminat lazımdır"

Dünya

15.02.2026 11:31

"Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri 1994-cü il Budapeşt Memorandumunun taleyini təkrarlamamalıdır".

TodayPress TV xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, Ukraynanın Rusiyadan gələcək istənilən potensial aqressiyadan qorunmalı olduğunu bildirilib. Nazirin sözlərinə görə, bu böyük vəzifənin yerinə yetirilməsi üçün Ukraynaya məzmunlu və etibarlı təhlükəsizlik zəmanətləri lazımdır.

Pistorius xatırladıb ki, 1994-cü ildə imzalanmış Budapeşt Memorandumu qarşıya qoyulan məqsədi yerinə yetirmədi və Ukraynanı qoruya bilmədi. O vurğulayıb ki, Qərb analoji razılaşma formasında növbəti “kağız pələng”in yaranmasına yol verməməlidir və Kiyevə real təhlükəsizlik təminatları təqdim edilməlidir.

Qeyd edək ki, Budapeşt Memorandumu 1994-cü ildə imzalanmış beynəlxalq sazişdir. Sənədə əsasən Ukrayna nüvə silahından imtina edib, əvəzində isə Rusiya, ABŞ və Böyük Britaniya tərəfindən təhlükəsizlik, suverenlik və ərazi bütövlüyünə təminat alıb.

Qiymət Mahir

tag: Pistorius,Budapeşt ,Ukrayna ,Rusiya,TodayPress TV,