Pezeşkian: “İran hər cür hücuma cavab verəcək”
İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə keçirdiyi telefon danışığında İranın hər cür saldırıya cavab verəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Lider görüş zamanı vurğulayıb ki, İran ilə ABŞ arasında əldə olunmuş atəşkəsdə tərəflər öhdəliklərinə sadiq qalmalıdırlar.
“İranın irəli sürdüyü 10 şərtdən biri də Livanda atəşkəsin təmin olunmasıdır. İran hər cür hücuma cavab verəcəkdir”, - deyə Pezeşkian əlavə edib.
Şərif isə Livana yönəlmiş İsrail hücumlarının razılaşmanın bir hissəsi kimi dayandırılmalı olduğunu bildirərək, ölkəsinin regional sabitlik və sülh üçün bütün ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
Aysel Mətləb