Pezeşkian: "ABŞ İranın təslim olmasını istəyir"

Dünya

20.04.2026 20:18

"ABŞ İranın təslim olmasını istəyir"

TodayPress TV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

Pezeşkian öhdəliklərin yerinə yetirilməsinin dialoqun əsası olduğunu bildirib.

İran Prezidenti qeyd edib ki, ABŞ-nin hərəkətlərinə etimadsızlıq davam edir.

“Son günlərdə ABŞ rəsmilərinin qeyri-konstruktiv və ziddiyyətli yanaşması acı bir mesajın daşıyıcısıdır - onlar İranın təslim olmasını istəyirlər. İran xalqı isə zor dilinə təslim olmur”, - Pezeşkian qeyd edib.

TodayPress TV

tag: ABŞ, İran, Pezeşkian, Təslim, todaypress.tv,