Peskov: "Rusiya nüvə mübahisəsinə qarışmaq istəmir"
Rusiya ABŞ-nin nüvə silahları ilə bağlı bəyanatlarına qarışmaq niyyətində deyil və vəziyyətin gərginləşməsini istəmir.
TodayPress TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Moskva bu cür ritorikalardan uzaq durmaq istəyir və nüvə məsələsində ehtiyatlı yanaşmanı vacib sayır.
Peskov əlavə edib ki, prezident Vladimir Putinin mövqeyi bəllidir: Rusiya nüvə silahlarının yayılmaması məsələsində “məsuliyyətli mövqe” tutur və bütün ölkələr nüvə ritorikasından istifadə edərkən ehtiyatlı olmalıdır.
Türkan İsgəndərli