Pentaqon Yaxın Şərqə qırıcı təyyarələr göndərir

Dünya

21.01.2026 15:43

ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbə variantını nəzərdən keçirdiyi vaxtda Pentaqon Yaxın Şərqə qırıcı təyyarələr və əlavə HHM sistemləri yerləşdirməyə başlayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbə variantını nəzərdən keçirdiyi bir vaxtda F-15E qırıcı təyyarələri yanvarın 18-də İordaniyaya eniş edib.

Nəşr yazır ki, İrandan gələ biləcək mümkün cavab zərbələrinin qarşısını almaq üçün bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot və THAAD raket kompleksləri də göndəriləcək.

Xatırladaq ki, İranda iğtişaşlar 2025-ci il dekabrın 29-da milli valyutanın kəskin ucuzlaşmasından sonra başlayıb və ölkənin bir çox şəhərlərinə yayılıb. İran hakimiyyəti baş verənlərdə ABŞ və İsraili ittiham edir.

Jalə Rövşən 

TodayPress TV 

tag: ABŞ ,Pentaqon ,Donald Tramp,Yaxın Şərq ,Todaypress.tv,