Pekin: ABŞ nüvə arsenalını əhəmiyyətli dərəcədə azaltmalıdır
Dünya
07.11.2025 12:57
Birləşmiş Ştatlar nüvə arsenalını əhəmiyyətli dərəcədə azaltmalıdır.
TodayPress TV "Rio Novosti"yə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ prezidenti Donald Trampın nüvəsizləşdirmə ilə bağlı açıqlamalarını şərh edərək bildirib.
O qeyd edib ki, ABŞ dünyanın ən böyük nüvə silahına malik dövləti kimi nüvə tərksilahı üzrə öhdəliklərini yerinə yetirməli və tam nüvəsizləşməyə nail olmaq üçün lazımi şərait yaratmalıdır.
Tramp daha əvvəl Rusiya lideri Vladimir Putin və Çin prezidenti Si Cinpinlə üç ölkə arasında nüvəsizləşdirmə perspektivlərini müzakirə etdiyini bildirmişdi.
“The Washington Post”un məlumatına görə, noyabrın 6-da yayılan xəbərdə Trampın nüvə sınaqları keçirməyə hazır olduğunu bildirsə də, əslində ABŞ, Rusiya və Çinin nüvə arsenalını azaltmağa çalışdığı qeyd olunub.
Jalə Rövşən
tag: Çin,ABŞ,Nüvə arsenalı, Mao Ninq,Todaypress.tv,
