Paşinyan: "KTMT-dən sonra silah bazarı Ermənistana açıldı"

Dünya

28.01.2026 14:39

"Xarici tərəfdaşlar uzun müddət İrəvana silah satmaqdan imtina edirdilər, lakin respublikanın KTMT-də üzvlüyünü dondurmasından sonra ölkə böyük həcmdə müasir silah və hərbi texnika ala bilib".

TodayPress TV xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar silahların məxfi parametrlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin əlinə keçə biləcəyindən ehtiyat edirdilər. Eyni zamanda uzun müddət silah satışından imtinalar Ermənistanın bu silahları beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda, ilk növbədə Qarabağda istifadə edə biləcəyi riskləri ilə əsaslandırılırdı. Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarından imtina etdikdən sonra beynəlxalq silah bazarı açılıb.

Baş nazir vurğulayıb ki, nəticədə Ermənistan ordusunun indiyədək malik olmadığı keyfiyyət və texniki parametrlərə sahib “çox böyük həcmdə müasir silah və hərbi texnika” əldə olunub.

Qiymət Mahir

tag: Ermənistan,KTMT,Silah,Paşinyan,