Paşinyan Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə bağlı danışdı

Paşinyan Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə bağlı danışdı
25.06.2025 10:35 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını aldığını bildirib.

TodayPress TV xəbər verir ki, o, İstintaq Komitəsinin bəyanatını dərc edərək “Telegram” kanalında yazıb: 

“Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx ruhanilərin” Ermənistanda sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün həyata keçirdiyi irimiqyaslı və bədnam planın qarşısını aldılar”.

Hazırda təhlükəsizlik qüvvələri “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın evində axtarış aparır. O və tərəfdarları hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlamaqda ittiham olunur.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər