Paşinyan "erməni soyqırımı"nı ələ saldı: "İmtina edilməlidir"

Paşinyan "erməni soyqırımı"nı ələ saldı: "İmtina edilməlidir"
29.06.2026 21:12 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı suala münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Paşinyan Ermənistanın bu məsələdə hər hansı reaksiya verməsinə ehtiyac görmədiyini deyib.

"Biz hər hansı bir reaksiya verməyə ehtiyac görmürük, çünki hesab edirik ki, Ermənistan Respublikasının maraqlarına Ermənistan soyqırımı məsələsinin siyasiləşdirilməsindən imtina edilməsi uyğundur", – deyə Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan bu məsələyə siyasi alət kimi yanaşılmasının əleyhinədir.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər