Paşinyan bu tarixdə Rusiyaya gedəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Yekaterinburq şəhərinə səfər edəcək.
TodayPress TV xəbər verir ki, Rusiya hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Baş nazir Mixail Mişustin səfər çərçivəsində Paşinyanla ikitərəfli görüş keçirəcək.
Görüşün iyulun 6–9-da Yekaterinburqda keçiriləcək beynəlxalq sənaye sərgisi “İnnoprom” çərçivəsində baş tutacağı bildirilib.
Kübra Musayeva