Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir

Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir
13.08.2026 16:38 Dünya

Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum ölkənin Aİ-yə rəsmi üzvlük müraciətindən sonra keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

O bildirib ki, referendumdan əvvəl ölkədə lazımi hazırlıq işləri aparılmalıdır. Onun sözlərinə görə, Ermənistan gələcəkdə bu məsələ ilə bağlı xalq səsverməsi keçirəcək.

Paşinyan həmçinin ölkənin yalnız Avrasiya İqtisadi Birliyi və ya Aİ arasında seçim etməli olmadığını deyib. Baş nazir Ermənistan vətəndaşlarının üçüncü yolu da seçə biləcəyi fikrini səsləndirib.

Baş nazir əlavə edib ki, əsas məqsəd ölkə vətəndaşlarına alternativlər təqdim etmək və gələcək istiqaməti xalqın müəyyənləşdirməsinə imkan yaratmaqdır.

Məlumata görə, Moskva daha əvvəl İrəvanı 2026-cı ilin dekabrına qədər Aİ-yə qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində qalmaq məsələsi üzrə referendum keçirməyə çağırıb.

Ermənistanın KTMT-dəki vəziyyəti də diqqət mərkəzindədir. Ölkənin təşkilata üzvlük üzrə borcları səbəbindən səsvermə hüququnu itirmək riski ilə üzləşdiyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər