Parisdə Ukrayna məsələləri müzakirə olunacaq
Dünya
06.01.2026 12:35
Ukraynanın müttəfiqləri 6 yanvar Fransanın paytaxtı Parisdə toplaşaraq Rusiya ilə mümkün atəşkəs şəraitində Kiyev üçün gələcək təhlükəsizlik zəmanətlərini müzakirə edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, görüşdə əldə olunacaq razılaşmaların Ukraynanı sakitləşdirməsi və hərbi əməliyyatların dayandırılması halında gələcək siyasi qərarlar üçün zəmin yaratması gözlənilir.
Paris sammitində 27-dən çox dünya lideri, eləcə də ABŞ-nin yüksək vəzifəli nümayəndələri – Stiv Uitkoff və Cared Kuşner iştirak edəcək. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski də olacaq.
Danışıqlar Ukrayna, Avropa və ABŞ arasında vahid mövqe formalaşdırmaq məqsədi daşıyır. Son aylarda müharibəyə son qoymaq üçün diplomatik səylər artsa da, əsas maneə ərazi məsələsi olaraq qalır.
Sammit ərəfəsində Ukraynanın hərbi rəhbərliyi də Parisə gəlib. Məqsəd konkret hərbi öhdəlikləri yazılı şəkildə razılaşdırmaqdır. Görüşdə atəşkəs halında Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi və yeni hücum olacağı təqdirdə qüvvəyə minəcək təhlükəsizlik zəmanətləri də müzakirə olunacaq.
Türkan İsgəndərli
tag: Ukrayna,Fransa,Sammit,Rusiya,Todaypress.tv,
