Papuaşvili: "Gürcüstan Aİ tərəfindən zorakılığa məruz qalır"

Papuaşvili: "Gürcüstan Aİ tərəfindən zorakılığa məruz qalır"
08.01.2026 13:17 Dünya

Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqının Ukrayna və Moldovanın Aİ-yə üzvlük yolunda Gürcüstandan öndə olduğunu deməsi gürcü xalqını “lağa qoymaqdır”.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna və Moldovanın Gürcüstandan irəlidə olduğunu obyektiv fakt kimi təqdim etmək doğru deyil. Papuaşvili vurğulayıb ki, bu ölkələr yalnız “Brüssel bürokratiyasını mənimsəməkdə” Gürcüstandan öndədir.

Papuaşvili həmçinin Gürcüstanın iqtisadi göstəricilər və demokratik inkişaf baxımından Ukrayna və Moldovadan irəlidə olduğunu bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər