Papa XIV Leonun taxta çıxma mərasimi keçirilir
Vatikanda yeni Papa XIV Leonun rəsmi taxta çıxma mərasimi baş tutur.
TodayPress TV xəbər verir ki, mərasimdən əvvəl Papa papamobildə Müqəddəs Pyotr meydanına daxil olub.
Meydanda dünyanın müxtəlif yerlərindən minlərlə xristian toplaşıb. Rəsmi mərasim zamanı Papa müqəddəs kütlə ayinini icra etməli və Papa səlahiyyətlərinin rəmzləri olan balıqçı üzüyü və palliumu (ağ lent, üzərində altı qara xaçla) almalıdır.
Qeyd edək ki, mərasimdə 150-dən çox ölkə nümayəndə heyəti iştirak edir.
Türkan İsgəndərli