Papa gənclərə çağırış etdi

Papa gənclərə çağırış etdi
20.04.2026 04:55 Dünya

Papa XIV Leo gəncləri müharibəsiz bir dünya qurmağa səsləyib.

TodayPress TV xəbər verir kibu barədə  "Angop" "X" sosial şəbəkəsində məlumat yayıb.

Papa XIV Leo gənclərə müharibə, ədalətsizlik, yoxsulluq və korrupsiyadan uzaq bir dünya qurmaq çağırışı ilə müraciət edib. O, bu bəyanatı Anqolanın Muşima şəhərində səsləndirib.

Papa toplaşan gənclərə belə deyib: “Xanımımız sizə böyük bir vəzifə həvalə edib: müharibəsiz, ədalətsizliksiz, yoxsulluqsuz və korrupsiyasız, daha yaxşı və xeyirxah bir dünya qurmaq, ürəklərin İncil prinsipləri ilə idarə olunduğu bir dünya yaratmaq”.

Onun sözlərinə görə, müharibə deyil, sevgi qalib gəlməlidir.

Qeys edək ki, Papa Afrikaya apostol səfəri çərçivəsində bu şəhəri ziyarət edib. Muşima Anqolanın ən böyük katolik ziyarət mərkəzlərindən biri hesab olunur və “Muşima Xanımımız” ziyarətgahı burada yerləşir (“muşima” kimbundu dilində “ürək” deməkdir).

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər