Papa antisemitizmə son çağırışı etdi, liderlərə səsləndi

Dünya

28.01.2026 14:47

Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Holokostun illik anım günü münasibətilə dünya üzrə antisemitizmə son qoyulmasına çağırıb və ayrı-seçkilikdən uzaq bir dünya üçün dua edib.

TodayPress TV xəbər verir ki, Vatikanın həftəlik audiyasında çıxış edən Papa bu ağrılı xatirə günündə Allahdan antisemitizmsiz, qərəzsiz, zülmsüz və heç bir insana qarşı təqib olmayan bir dünya dilədiyini bildirib.

ABŞ-dən olan ilk Papa dünya liderlərini genosid dəhşətinin bir daha heç bir xalqın başına gəlməməsi üçün daim ayıq-sayıq olmağa çağırıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının təsis etdiyi Beynəlxalq Holokostu Anma Günü çərşənbə axşamı qeyd olunub. Son onilliklərdə Katolik Kilsəsi ilə yəhudilik arasında münasibətlər xeyli yaxşılaşıb. Papa XIV Leo sələfi Papa Fransisk kimi ötən maydan bəri antisemitizmi dəfələrlə qınayıb.

Qiymət Mahir

tag: Papa,Lee,Roma,Kilsə,Todaypress.tv,