Pakistanda daşqınlar 41 nəfərin həyatına son qoydu

Pakistanda daşqınlar 41 nəfərin həyatına son qoydu
02.09.2025 10:31 Dünya

Pakistanda davam edən güclü musson yağışları nəticəsində yaranan daşqınlar xüsusilə Pəncab əyalətində ciddi fəsadlara səbəb olub.

TodayPress TV xəbər verir ki, rəsmilərin açıqlamasına görə, indiyədək 41 nəfər həlak olub, zərər çəkmiş insanların sayı isə 2 milyonu keçib.

Daşqınlar 3000-dən çox kəndi dağıdıb, minlərlə insan evsiz qalıb. Hindistanın Pakistana doğru su buraxması nəticəsində çaylarda suyun səviyyəsi daha da artıb və yeni daşqın təhlükəsi yaranıb.

Xatırladaq ki, 2022-ci ildə baş verən daşqınlar nəticəsində 1700-dən çox insan həyatını itirib, ölkə 30 milyard dollar iqtisadi zərər görüb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər