Pakistan Hörmüzü oyundan çıxarır: İran yükləri üçün yeni quru dəhlizləri açılır

Dünya

29.04.2026 10:14

Pakistan Hörmüz boğazından yan keçərək İran yüklərinin tranziti üçün quru dəhlizləri açıb.

TodayPress TV xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilib ki, Pakistan Ticarət Nazirliyinin məlumatına görə, Pakistan İrana Hörmüz boğazından yan keçərək yük daşınmasına imkan verəcək altı quru dəhlizi təqdim edib.

"Dawn" qəzetinin məlumatına görə, hazırda İrana göndərilən 3000-dən çox konteyner Karaçi limanında ehtiyatda saxlanılır. Onların daşınması artıq başlayıb.

Eyni zamanda, Pakistan hakimiyyəti Ərəbistan dənizi sahilində, İranla sərhəddən 70 km məsafədə yerləşən Qvadar limanını İran yüklərinin daşınması üçün gələcəkdə əsas tranzit və logistika mərkəzi kimi müəyyən edib.

Jalə Rövşən 

TodayPress TV 

tag: Pakistan ,Hörmüz ,İran , Pakistan Ticarət Nazirliyi,Todaypress.tv,