Pakistan həbsxanalarından daha 439 əfqan azad edildi

Pakistan həbsxanalarından daha 439 əfqan azad edildi
18.05.2025 19:45 Dünya

Son üç gündə Pakistan həbsxanalarından azad edilən 439 əfqan vətəndaşı ölkələrinə qaytarılıb. 

TodayPress xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Qayıdışlar Nazirliyi məlumat yayıb.

Qayıdan şəxslər sərhəddə ilkin yardım aldıqdan sonra doğma vilayətlərinə yola salınıblar. Ötən həftə də 400 nəfər əfqan məhbus Pakistandan Əfqanıstana qaytarılmışdı.

Hazırda təxminən 7 milyon əfqan qaçqın, əsasən İran və Pakistanda yaşayır. Əfqanıstanın müvəqqəti hökuməti vətəndaşları ölkəyə qayıtmağa və onun yenidən qurulmasına töhfə verməyə çağırır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər