Özgür Özəl CHP-dən getdi, yeni partiya qurur

Özgür Özəl CHP-dən getdi, yeni partiya qurur
21.07.2026 16:14 Dünya

CHP-də (Cümhuriyyət Xalq Partiyası) rəhbərlik böhranı və məhkəmə qərarından sonra partiya sədri vəzifəsindən uzaqlaşdırılan, daha sonra parlament qrupunun rəhbəri seçilən Özgür Özəl yeni partiya yaradacağını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində parlament qrupunun iclasında son dəfə çıxış edən Özgür Özəl CHP ilə vidalaşdığını bəyan edib.

Özəl çıxışında ölkədə yeni siyasi mərhələnin başladığını iddia edərək bildirib:

“Bu gün vaxtı çatmış bir vida ilə ayrılıram. Görürəm ki, bu ölkədə nələrsə dəyişir, yenidən qurulur. Həm bu salonun atmosferində, həm də cəmiyyətlə apardığımız dialoqlarda bunu hiss edirik.”

O, çıxışı zamanı son dövrlərdə yaşanan hadisələrin unudulmayacağını vurğulayaraq, bu prosesdə hər kəsin tutduğu mövqenin tarix tərəfindən qiymətləndiriləcəyini bildirib.

Çıxışının sonunda isə  Özgür Özəl yeni siyasi partiya yaradacaqlarını elan edib.

“Biz yeni partiya təşkil edirik”, – deyən Özəl partiyanın rəsmi adını hələ açıqlamayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər