Orta məktəblər belə qorunacaq

Dünya

20.04.2026 16:21

Türkiyə məktəblərində təhlükəsizliyin gücləndirilməsi məqsədilə yeni qaydalar elan edilib.

TodayPress TV xəbər verir ki, yeni tədbirlərə əsasən, şagirdlər yalnız məktəbli forması geyinməlidir və dərs saatlarında məktəb ərazisinə kənar şəxslərin daxil olması qadağandır.

Məktəbə yalnız şagirdlər, müəllimlər və işçilər buraxılacaq. Valideynlərin səhər saatlarında məktəbə girişi məhdudlaşdırılır. Məktəbə daxil olmaq istəyən valideynlər əvvəlcədən görüş təyin etməli və şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər. Həmçinin, valideynlər uşaqlarına aid əşyaları sinif otağına deyil, təhlükəsizlik məntəqəsinə təhvil verməlidirlər.

Bir çox məktəbdə şagirdlərə mobil telefon, ağıllı saat və planşet gətirmək də qadağan edilib.

Bundan əlavə, dərsdən sonra uşaqlarını götürən valideynlərin məktəb həyətində gözləməsinə icazə verilməyəcək. Şagirdin dərsdən tez çıxarılması və ya xəstəxanaya aparılması hallarında isə məktəb rəhbərliyi əvvəlcədən məlumatlandırılmalıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Türkiyə,Məktəb,Təhlükəsizlik,Qayda,Todaypress.tv,