Orban Putinə Rusiya-ABŞ sammiti üçün şərait təklif etdi

Orban Putinə Rusiya-ABŞ sammiti üçün şərait təklif etdi
17.10.2025 15:52 Dünya

Rusiya Prezidenti Vladimir Putin və Macarıstan Baş naziri Viktor Orban oktyabrın 17-də telefon danışığı aparıblar.

TodayPress TV Rusiya KİV-ə istinadən xəbər verir ki, danışıq Macarıstan tərəfinin təşəbbüsü ilə baş tutub.

V.Orban Macarıstanın Rusiya-ABŞ sammiti üçün əlverişli şərait yaratmağa hazır olduğunu bildirib. Putin isə Orbana oktyabrın 16-da ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışığı barədə məlumat verib.

Kremlin açıqlamasına görə, qarşıdakı ABŞ nümayəndələri ilə görüşlərdə Ukrayna böhranının sülh yolu ilə həlli üçün gələcək fəaliyyət planı müzakirə olunacaq. Həmçinin Macarıstanda Rusiya-ABŞ yüksək səviyyəli görüşünün keçirilməsi də nəzərdə tutulur.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər