Orban Aİ-nin hərbi planlarına qarşı imza kampaniyası başladır
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının hərbi planlarına qarşı imza kampaniyasına start verəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, Orban bu barədə öz “X” hesabında məlumat yayıb.
Baş nazirin sözlərinə görə, Avropa müharibəyə doğru sürətlə irəliləyir. O vurğulayıb ki, bir neçə həftə əvvəl Kopenhagendə Brüsselin hərbi planı təqdim olunub və bu plana əsasən Avropa büdcə xərcləyir, ukraynalılar vuruşur, Rusiya isə zəifləyir.
Orban belə bir yanaşmanın Avropanı təhlükəli istiqamətə çəkdiyini bildirərək hərbi planlara qarşı imza toplamaq təşəbbüsü ilə çıxış edib.
Jalə Rövşən