Okeanlarda həyatı məhv edə biləcək proses başladı – Alimlər həyəcan təbili çalır
Beynəlxalq alimlər qrupu dünya okeanları, göllər, çaylar və sahilyanı sularda oksigen səviyyəsinin sürətlə azaldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, “Science Daily”nəşrinin məlumatına görə, tədqiqatçılar bu prosesi planet üçün ən ciddi ekoloji təhlükələrdən biri hesab edirlər.
Araşdırmaya əsasən, oksigen çatışmazlığının əsas səbəbləri iqlim dəyişikliyi nəticəsində suların isinməsi, kənd təsərrüfatı və məişət tullantılarından qaynaqlanan çirklənmə, eləcə də dərin su axınlarının təbii dövranının pozulmasıdır.
Alimlər bildirirlər ki, oksigenin azalması Yerin iqlimini tənzimləyən mühüm bioloji və kimyəvi prosesləri pozur, balıqlardan və köpəkbalıqlarından tutmuş dəniz məməlilərinə qədər bütün su ekosisteminə ciddi təhlükə yaradır.
Tədqiqat müəllifləri deoksigenləşmənin iqlim dəyişikliyi, çirklənmə və biomüxtəlifliyin itirilməsi ilə yanaşı, planetin əsas ekoloji təhdidlərindən biri kimi qiymətləndirilməsinin vacibliyini vurğulayırlar.