Nümayəndə heyətləri Alyaska universitetinin yataqxanasına yerləşdirildi

Nümayəndə heyətləri Alyaska universitetinin yataqxanasına yerləşdirildi
15.08.2025 15:08 Dünya

ABŞ və Rusiya nümayəndə heyətlərinin bir hissəsi Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın Ankoricdə keçiriləcək görüşü öncəsi otellərdə yer çatışmazlığı səbəbindən Alyaska Universitetinin yataqxanasına yerləşdirilib.

TodayPress TV xəbər verir ki, “Alaska News Source”un məlumatına görə, universitetin inzibati məsələlər üzrə vitse-kansleri Rayan Buxxoldt əsas məqsədin kampus ərazisində olan hər kəsin, mənsub olduqları ölkədən asılı olmayaraq, təhlükəsizliyini təmin etmək olduğunu bildirib.

Buxxoldtun sözlərinə görə, ali təhsil müəssisəsi təhlükəsizliyin təmin olunması üçün yerli və federal hakimiyyət orqanları ilə əməkdaşlıq edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər