Noutbuklar üçün "USB-C" şarj standartı məcburi oldu - SƏBƏB?

Dünya

29.04.2026 19:45

Avropa İttifaqı vahid şarj standartının tətbiqi ilə bağlı tələbləri genişləndirərək onları noutbuklara da şamil edib.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Aprelin 29-dan etibarən Aİ ərazisində satılan bütün yeni modellər “USB Type-C” interfeysi vasitəsilə şarjı dəstəkləməlidir.

Bununla yanaşı, tənzimləyici 100 vattdan yuxarı enerji istehlakı olan qurğular üçün istisna nəzərdə tutub.

Bu kateqoriyaya, ilk növbədə, oyun və yüksək məhsuldarlığa malik noutbuklar daxildir və onlar üçün xüsusi (proprietar) enerji yuvalarının tətbiqinə icazə verilir.

TodayPress TV

tag: Noutbuk,USB-C,Şarj,Standart,Todaypress.tv,