Nijni Novqorod hava limanı fəaliyyətini bərpa etdi

Nijni Novqorod hava limanı fəaliyyətini bərpa etdi
04.10.2025 11:15 Dünya

Nijni Novqorod hava limanında təyyarələrin eniş və enişinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Rosaviatsiya” sözçüsü Artem Korenyako öz “Telegram” kanalında məlumat verib.

Məhdudiyyətlər təyyarələrin təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 2:05-də tətbiq edilib.

Qeyd edək ki, oktyabrın 4-də Moskva vaxtı ilə saat 5:28-də hava limanı fəaliyyətini dayandırmışdı.

Buna səbəb isə oktyabrın 4-nə keçən gecə Leninqrad vilayəti, Mordoviya, Penza vilayəti və Tatarıstanda pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilməsi olub.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər