Nigeriyada silahlılar uşaq evindən 23 azyaşlını oğurladı

Nigeriyada silahlılar uşaq evindən 23 azyaşlını oğurladı
29.04.2026 01:33 Dünya

Nigeriyanın cənubundakı Kogi ştatında silahlı şəxslər uşaq evinə hücum edərək 23 azyaşlını qaçırıb.

TodayPress TV xəbər verir ki, hadisə aprelə 26-dan 27-nə keçən gecə Lokoja şəhərində baş verib.

Polis 15 uşağın xilas edildiyini, 8-nin isə hələ də itkin düşdüyünü bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, uşaq evi qeyri-qanuni fəaliyyət göstərib və rəsmi qeydiyyatdan keçməyib.

Hücumun hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil, lakin bölgədə “Boko Haram” terror təşkilatının fəaliyyəti qeyd olunur.

Nigeriyada bu cür kütləvi oğurluq halları tez-tez baş verir və silahlı qruplar adətən girovlar üçün fidyə tələb edir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər