Netanyahudan ŞOK ÇIXIŞ: "Davam edəcəyik!"

Dünya

20.04.2026 05:58

İsrailin Baş naziri Benyamin Netanyahu  ölkəsinin İranla qarşıdurmada qarşıya qoyduğu məqsədlərə nail olmaq niyyətində olduğunu deyib.

TodayPress TV xəbər verir ki, Netanyahu bu açıqlamanı İsraildə dövlət səfərində olan Xavyer Miley ilə Qüdsdə keçirdiyi birgə çıxış zamanı verib.  Çıxış İsrail hökumətinin mətbuat xidməti tərəfindən yayımlanıb.

Onun sözlərinə görə, İsrail və ABŞ-nin İranla qarşıdurması hələ bitməyib və vəziyyət istənilən an dəyişə bilər.

İranla qarşıdurmanı şərh edən Netanyahu bunu “ciddi çətinliklər və nəticələr dövrü” kimi xarakterizə edib: “Biz çox şeyə nail olmuşuq, lakin bu, son deyil. İstənilən an yeni inkişaflar baş verə bilər”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, bu, Mileinin prezidentliyi dövründə İsrailə üçüncü səfəridir və hər səfər önəmli hadisələrlə yadda qalıb: “Xavyer Mileyin bir xüsusiyyəti var – onun İsrailə hər səfəri böyük hadisələrdən əvvəl baş verir. Keçən dəfə ona heç nə demədim, sözüm var. İndi isə sabah və ya birigün nələrin baş verəcəyini demək çətindir”, – deyə o əlavə edib.

“Lakin əminəm ki, mənəvi möhkəmliyimiz, tərəfdaşlığımız və ABŞ ilə güclü əməkdaşlığımız sayəsində məqsədlərimizə çatacaq, dünyanın azad xalqlarına daha çox işıq və ümid gətirəcəyik”, – Netanyahu vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı əməliyyata başlayıblar. 7 apreldə ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 11 apreldə isə İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar.

İran nümayəndə heyətinə Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə C. D. Vens rəhbərlik edib. Lakin tərəflər mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,İsrail ,Benyamin Netanyahu ,ABŞ,Todaypress.tv,